RU

ABŞ Ukraynada nizamlanma planının hazırlanmasını dayandırıb

ABŞ prezidenti Donald Trampın administrasiyası avropalı müttəfiqlərin rəyini nəzərə almaq üçün Ukraynada nizamlanma planının hazırlanmasını dayandırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Daily Telegraph” öz mənbələrinə istinadən məlumat yayıb.

Məqalədə deyildiyi kimi, ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi elçisi Keyt Kelloq avropalı diplomatlara sülh planının formalaşdırılması və digər hökumətlərin sülh prosesinə hansı töhfələr verə biləcəyi ilə bağlı fikirləri dinləyəcəyini bildirib.
Nəşr qeyd edir ki, Kelloq bu danışıqları NATO-ya üzv ölkələrin “baş nazirləri və prezidentləri” ilə aparmağa söz verib.
Nəşr hesab edir ki, bu addım avropalı tərəfdaşları əmin etməlidir ki, onlar Vaşinqtonun təşkil etmək niyyətində olduğu danışıqlardan kənarda qalmayacaqlar.

Nəşr ABŞ-ın xüsusi nümayəndəsinə istinadən onu da yazır ki, nizamlanma planının detalları bu həftə sonu Münhen Təhlükəsizlik Konfransında təqdim olunacaq.
“The Daily Telegraph” yazır ki, bu, ABŞ-ın Ukraynanın nadir torpaq metallarına çıxışı müqabilində Kiyevə hərbi dəstəyi davam etdirmək təklifinə əsaslanacaq.///tass

Избранный
25
ucnoqta.az

1Источники