Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyan Parisdə keçirilən görüş zamanı Ermənistan-Azərbaycan danışıqlar prosesini və iki ölkə arasında münasibətləri müzakirə ediblər.
Sitat.info xəbər verir ki, Paşinyanın mətbuat xidmətinin yaydığı məlumata görə, Ermənistan tərəfi sülh prosesinə və regionda nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasına sadiq olduğunu bir daha vurğulayıb.
Görüş zamanı, həmçinin, Ermənistan və Fransa arasında enerji, infrastruktur, təhsil və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib.
Qeyd edək ki, Paşinyan Fransaya işgüzar səfəri çərçivəsində Süni İntellekt Zirvəsində iştirak edəcək.