RU

Üç nəfər 5,5 milyon rubl dəyərində brilyant satıb

Sankt-Peterburqda keçirilən zərgərlik sərgisində 5,5 milyon rubl dəyərində 400-dən çox daş qanunsuz satılıb. 

News24.az bildirir ki, bu barədə Life SHOT-a istinadən xəbər verib. Üç cinayətkar “ExpoForum”da keçirilən “JUNWEX” zərgərlik sərgisində iştirak etmək üçün Sankt-Peterburqa uçub və orada 400-dən çox brilyantdan ibarət qiymətli daşlar partiyasını qanunsuz olaraq sataraq satışdan 5,5 milyon rubl gəlir əldə ediblər.

Həmin şəxslər saxlanılaraq onlardan 15 min dollar, 740 min rubl, 450 brilyant, noutbuk və telefonlar götürülüb. Qiymətli daşların qanunsuz dövriyyəsi ilə bağlı iş açılıb, şübhəliləri 500 min rubla qədər cərimə və beş ilə qədər həbs cəzası gözləyir.

Zəhraxanım Şeydayeva


Избранный
9
news24.az

1Источники