“Rosoboroneksport” “Aero India” sərgisində Su-57 təyyarəsinin uçuşunun videosunu nümayiş etdirib.
Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, Rusiyanın Su-57 döyüş təyyarəsinin ixrac versiyasının "Aero India 2025" aerokosmik sərgisində nümayiş etdirilən uçuşu video-lentə alınıb.
Video “Rosoboroneksport”un Telegram kanalında yerləşdirilib.
Videoda Su-57E-nin səmada akrobatika icra etməsi əks olunub. Təyyarənin Rusiya Qəhrəmanı, əməkdar pilot Sergey Boqdanın idarə etdiyi dəqiqləşdirib.
QAZİLER.AZ