Klaus İohannis mümkün impiçment fonunda istefa verdiyini açıqlayıb.
Rumıniya prezidenti Klaus İohannis mümkün impiçment fonunda istefa verdiyini açıqlayıb.
Operativ Media xəbər verir ki, bu barədə Rumıniya radiosu bildirib.
"Fevralın 12-də mən vəzifəmi tərk edəcəm", - deyə K.İohannis bildirib.
İohannisin qərarı ifrat sağçı partiyaların prezidentin impiçmenti ilə bağlı səsvermənin keçirilməsi təklifinə cavab olaraq verilib. Siyasətçi bu təşəbbüsü mənasız adlandırıb. Üstəlik, onun fikrincə, impiçmentin ölkə üçün mənfi nəticələri olacaq.