"Real Madrid"in mərkəz müdafiəçisi Raul Asensio tezliklə klubu ilə yeni uzunmüddətli müqavilə imzalamağa hazırlaşır.
90deqiqe.Az "Marca"ya istinadən xəbər verir ki, 21 yaşlı futbolçu Karlo Ançelottinin çoxlu zədələr zamanı ona verdiyi fürsətdən istifadə edərək bu mövsüm Los Blancosun əsas komandasına keçib. Keçən ildən məlum olduğu kimi, "Real Madrid" Asensiodan razıdır və onun müqaviləsini yaxşılaşdırılmış şərtlərlə uzatmaq niyyətindədir.
Hazırkı mövsüm başa çatdıqdan sonra yeni beşillik müqavilə imzalanacağı gözlənilir.
Raul Asensio "Real Madrid"in əsas komandasında 21 oyun keçirib. İspan futbolçunun hazırkı müqaviləsi 2026-cı ildə başa çatır.