RU

Tramp: Fələstinlilər geri qayıtmayacaqlar

Fələstinlilər geri qayıtmayacaqlar.

“Fələstinlilər anklavın yenidən qurulması planı həyata keçirildikdən sonra Qəzza zolağına qayıtmaq istəməyəcəklər”.

Operativ Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib.

“Biz 1,9 milyon insan üçün yaşamaq üçün gözəl yerlər tikəcəyik. Bunu gələcək üçün daşınmaz əmlak layihəsi kimi düşünün”, - prezident bildirib.

Jurnalistin fələstinlilərin Qəzzaya qayıtmaq hüququ olub-olmayacağı ilə bağlı sualına Tramp belə cavab verib:
“Xeyr, onlar geri qayıtmayacaqlar, çünki daha yaxşı mənzilləri olacaq”.

ABŞ Prezidenti həmçinin öz planını həyata keçirmək üçün İordaniya və Misirlə razılığa gələ biləcəyinə əminliyini ifadə edib, çünki Vaşinqton onlara ildə milyardlarla dollar verir.

Qeyd edək ki, bundan əvvəl Amerika lideri bildirib ki, Birləşmiş Ştatlar Qəzzaya sahib çıxmalı və HƏMAS hərəkatının ora qayıtmamasını təmin etməlidir.

Избранный
10
1
operativmedia.az

2Источники