RU

İsrail ordusu girovlarla bağlı vəziyyətə görə yüksək hazırlıq vəziyyətinə gətirilib

Bakı. Trend:

İsrailin müdafiə naziri İsrael Kats HƏMAS-ın fevralın 15-nəplanlaşdırılan girovların azad edilməsini təxirə salmaq qərarınagəlməsindən sonra İsrail Müdafiə Qüvvələrinə “ən yüksək hazırlıq”vəziyyətinə keçməyi əmr edib.

Trend-in məlumatına görə, bu barədə "The Times of Israel" qəzetixəbər verib.

"Mən İsrail ordusuna Qəzza zolağında baş verə biləcək hər hansıssenariyə qarşı yüksək hazırlıq vəziyyətinə keçməyi və sərhəddəkiyaşayış məntəqələrini qorumağı əmr etdim", - deyə o bildirib.

HƏMAS-ın hərəkətlərinin atəşkəs razılaşmasının pozulmasıolduğunu vurğulayan Katz İsrailin “7 oktyabr reallığınaqayıtmayacağını” qeyd edib.

Избранный
6
4
az.trend.az

5Источники