Azersun Holding
Satış Səriştəlikləri Şöbə Müdiri
Son tarix 10 mar 2025 - https://hr.azersun.com/job/Sat%C4%B1%C5%9F-S%C9%99ri%C5%9Ft%C9%99likl%C9%99ri-%C5%9E%C3%B6b%C9%99-M%C3%BCdiri/1146909755/
Tələblər:
- Satış, ticarət marketinqi, satış bacarıqları və ya əlaqəli şöbələrdə ən azı 10 illik təcrübə
- Güclü liderlik və komanda idarəetmə bacarıqları
- Üstün ünsiyyət və interpersonal bacarıqlar
- Yaxşı analitik və ünsiyyət bacarıqları
- Çarpaz funksional işləmə və çoxsaylı maraqlı tərəfləri idarəetmə qabiliyyəti
Vəzifə öhdəlikləri:
- Satış təşkilatı üçün təşkilatın strateji prioritetlərinə uyğun olaraq bacarıq yol xəritəsi yaratmaq və ifadə etmək
- Müxtəlif səviyyələr və kanallar üzrə sahə qrupu üçün funksional satış bacarıqları üzrə səriştələri müəyyənləşdirmək
- Səriştə boşluqlarını aradan qaldırmaq üçün qabaqcıl təlim məzmunu hazırlamaq
- Biznes hədəflərinə nail olmaq üçün funksional təlimlər həyata keçirmək
- Səriştə çərçivəsinə əsaslanan təlimlər təmin etmək
- Bütün satış komandaları üçün aydın performans hədəflərini izləmək və onları peşəkar, yüksək ixtisaslı və motivasiyalı satış komandaları hazırlamaqla yerinə yetirilməsini təmin etmək
İş qrafiki:
Həftə içi 5 gün
İş yeri:
Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Satış Səriştəlikləri Şöbə Müdiri" qeyd etməyiniz xahiş olunur
Shopper Marketinq Departmant Müdiri
Son tarix 10 mar 2025 https://hr.azersun.com/job/Shopper-Marketinq-Departmant-M%C3%BCdiri/1146913255/
Tələblər:
- Satış, ticarət marketinqi və ya əlaqəli şöbələrdə ən azı 10 illik təcrübə
- Kateqoriya, müştəri və alış-verişçi biliklərinə güclü sahib olmaq
- Alış-verişçi, bazar kəşfiyyatı mənbələri, kateqoriya/kanal/alış-verişçi trendlərini qabaqcıl səviyyədə anlamaq
- Yaxşı analitik və ünsiyyət bacarıqları
- Fərqli funksiyaları idarə etmək və çoxsaylı maraqlı tərəflərlə işləmə qabiliyyəti
Vəzifə öhdəlikləri:
- Kanal üçün illik kommersiya planı, JBP-lər və dövri plan əsasında aylıq əməliyyat planına rəhbərlik etmək
- Müvafiq kanallarda və bölgələrdə prioritet kanal(lar) üçün mağaza daxilində uğur vizyonuna (uğur şəkli) uyğunluğu təmin etmək
- Kanal əsasında performansı izləmək və lazım olduqda düzəlişlər etmək
- Alış-verişçi davranışını dəqiq anlayış əsasında hərəkətə keçə bilən mağaza həlləri təklif etmək və kanal/bölgə daxilində yerli imkanları həll etmək
- Müştəri komandaları ilə əməkdaşlıq edərək uyğun kanal və əsas müştəri icrasını müəyyənləşdirmək və inkişaf etdirmək, JBP-lər və kateqoriya satış təqdimatları hazırlamaq; müştəri üzrə satış və TTS hədəflərinə nail olmağa dəstək vermək
- Bölgə üzrə POP materiallarının və fəaliyyətlərinin mağaza daxilində icrasını koordinasiya etmək
- Bütün şirkət prinsipləri və siyasətlərinə uyğunluğu təmin etmək
İş qrafiki:
Həftə içi 5 gün
İş yeri:
Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində "Shopper Marketinq Departmant Müdiri" qeyd etməyiniz xahiş olunur.
Ticari Marketinq üzrə Bölmə rəisi (Yağ, sous, duz kateqoriyası üzrə)
Son tarix 10 mar 2025 https://hr.azersun.com/job/Ticari-Marketinq-B%C3%B6lm%C9%99-r%C9%99isi-%28Ya%C4%9F%2C-sous%2C-duz-kateqoriyas%C4%B1-%C3%BCzr%C9%99%29/1146929355/
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsili olmalı;
- FMCG sahəsi üzrə 5 ildən artıq il iş təcrübəsi olmalı;
- Analitik təhlil,strateji düşünmə,statistic,riyazi biliklər və problem həlletmə,idarəetmə bacarığı
- MS office proqram paketini yaxşı səviyyədə bilməli;
- Dəqiqlik,nizam-intizam,məsuliyyətlilik və kollektivlə işləmə bacarığı
Vəzifə Öhdəlikləri:
- Sahə fəaliyyətlərinin tərtib edilməsi və tədbiq edilməsi
- Layihə təkliflərinin verilməsi və komanda şəklində icra olunmasını təmin edilməsi
- Bazar dinamikalarının, rəqabətin analiz edilməsi və uyğun tədbirlərin alınmasına nəzarət və bununla bağlı rəhbərliyə hesabatın verilməsi
- Kateqoriyanın verdiyi strategiyaların tədbiq olunması və satışla konsensus saxlanılması
- Mağaza daxili performansın ölçülməsi və dəyərləndirilməsi
- Mağaza daxili tədbirlərin planlaşdırılması
- Aylıq, rüblik, illik tədbirlər planlarının hazırlanması və tədbiq olunması
- Satış və məhsul qrupunun arasında komunikassiya yaratmaq
- Aylıq satış hərəkətləri, məhsuldarlıq, sahə performansı, satış rəqabət məlumatlarının analizi və aydiyyəti bölmələrlə paylaşılması
- Yeni məhsulların bazarda yerləşdirilməsi və satış öncəsi satınalma nöqtəsi və satışa dəstək olacaq alətlərin kateqoriya və satışla koordinasiyalı şəkildə hazırlanması
- Sahə ziyarətləri və ziyarət sonrası hesabatların hazırlanaraq tədbirlərin alınmasının təmin edilməsi
- Aylıq portfel hesabatlarının hazırlanması və rəhbərə təqdim olunması
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Ticari Marketinq üzrə Bölmə rəisi (Yağ, sous, duz kateqoriyası üzrə)” qeyd etməyiniz xahiş olunur.
İş Qrafiki:
Həftə içi 5 gün
İş Yeri:
Bakı şəhəri