RU

İrəvandakı məscidin təhqir olunmasına görə beynəlxalq ictimaiyyətə çağırış oldu

Azərbaycan İrandakı səfiri Əli Əlizadə İrəvandakı məscidin təhqir olunmasına görə beynəlxalq ictimaiyyətə çağırış edib.

SeherXeber.org xəbər verir ki, bu barədə Azərbaycannı Tehrandakı səfiri Əli Əlizadə "X"də yazıb.

"İşğal illərində Qarabağda bütün məscidlərimizi təhqir edən və tamamilə dağıdan Ermənistan hazırda İrəvandakı Azərbaycan məscidini təhqir edir. Təpəbaşı məscidində turistlərə spirtli içkilər təklif edir. Beynəlxalq ictimaiyyət və təşkilatlar tədbirlər görməlidir, bu vandalizmin qarşısı alınmalıdır", - səfir bildirib.

#ارمنستان که در طول سال های اشغال به تمامی مساجد ما در قره باغ اهانت کرده و آنها را کاملا ویران کرده است، در حال حاضر به توهین به مسجد #آذربایجان در ایروان ادامه می دهد و در مسجد تپه باشی به گردشگران مشروبات الکلی پیشنهاد می کند.اقدامات جامعه و سازمان های بین المللی ضروری است و… pic.twitter.com/Zwow7iGHi1

— Ali Alizada ?? (@Ali_F_Alizada) February 10, 2025

Избранный
27
11
seherxeber.org

10Источники