Şahmat üzrə Azərbaycan çempionatı davam edir.

Offsideplus.az xəbər verir ki, kişilər və qadınlar şahmatçılar arasnda keçirilən yarımfinal mərhələsində 4 görüş keçirilib. Görüşlərin 2-si bərabərliklə başa çatıb.

Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.

Azərbaycan çempionatı, Yarımfinal mərhələsi

Kişilər
Şəhriyar Məmmədyarov – Misrətdin İskəndərov 1:0
Rauf Məmmədov – Teymur Rəcəbov 0,5:0,5

Qadınlar
Günay Məmmədzadə – Gülnar Məmmədova 0:1
Ülviyyə Fətəliyeva – Gövhər Beydullayeva 0,5:0,5