RU

"Liverpul"u mübarizədən kənarlaşdırıb, "Mançester Siti"yə rəqib olub

İngiltərə kubokunda 1/8 final mərhələsinin püşkatması keçirilib.

İdman.biz xəbər verir ki, "Mançester Siti"nin rəqibi "Plimut" olub.

"Şəhərlilər"in rəqibləri Çempionşipdə autsayder mövqeyində qərarlaşıblar və ötən mərhələdə sürprizə imza ataraq, "Liverpul"u mübarizədən kənarlaşdırıblar.

Kubokun hazırki sahibi "Mançester Yunayted" "Fulhem"lə qüvvəsini sınayacaq.

1/8 finalı oyunları martın 1-də keçiriləcək.

İngiltərə kuboku
1/8 final

"Aston Villa" - "Kardiff Siti"
"Preston" - "Bernli"
"Donkaster" - "Kristal Pelas" cütünün qalibi - "Milluol"
"Mançester Yunayted" - "Fulhem"
"Nyukasl" - "Brayton"
"Bornmut" - "Vulverhempton"
"Mançester Siti" - "Plimut"
"Ekseter" - "Nottingem Forest" cütünün qalibi - "İpsviç"

İdman.biz

Избранный
4
1
idman.biz

2Источники