RU

AİB Kiyevə 2 milyard dollar ayırdı

Avropa İnvestisiya Bankı (AİB) Kiyevə 2 milyard dollar ayırıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski açıqlama verib.

"Mən indicə Avropa İnvestisiya Bankının rəhbəri ilə görüşdüm. Söhbət Ukrayna üçün daha 2 milyard dollar dəstəkdən gedir.  Bu vəsait enerji sektorumuza, mənzil proqramlarımıza, infrastruktur layihələrimizə ayrılan vəsaitdir. Mən köməyə görə minnətdaram!" - deyə Zelenski bildirib.

Daha əvvəl ölkənin baş naziri Denis Şmıqal, AİB-nin Ukraynada sosial layihələri 116,5 milyon avroya maliyyələşdirəcəyini açıqlamışdı.

Kiyev dəfələrlə etiraf edib ki, Ukrayna yalnız hərbi xərclərini müstəqil şəkildə ödəyə bilər. Büdcənin bütün digər maddələri xarici yardım hesabına maliyyələşdirilir.

Избранный
18
11
unikal.az

10Источники