CXP İdarə Heyətinin (MYK) seçkiqabağı gündəmlə toplanan iclası başa çatıb.
AzNews.az xəbər verir ki, CXP sədri Özgür Özelin sədrliyi ilə keçirilən toplantı 2,5 saat davam edib.
Partiya mənbələrindən verilən məlumata görə, iclasda bu gün keçirilən Partiya Məclisində (PM) “növbədənkənar seçkilər” gündəliyi ilə bağlı qəbul edilən qərarlar dəyərləndirilib. İdarə Heyətində partiyadaxili seçkilərin təqvimi təsdiq edilib, namizədlərlə bağlı meyarlar müəyyənləşib.
Digər tərəfdən, CXP-nin 38-ci növbədənkənar qurultayı ilə bağlı Ankara prokurorluğunun istintaqa başlaması da bu gün İdarə Heyətində müzakirə edilib.