RU

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidməti ilə "Ümidli Gələcək" Gənclər Təşkilatı - Sosial Təşəbbüslər İB arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb » AzadMedia.az



Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidməti ilə "Ümidli Gələcək" Gənclər Təşkilatı - Reliable Future Youth NGO Sosial Təşəbbüslər İctimai Birliyi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Memorandumun əsas məqsədi tərəflər arasında əməkdaşlıq, qarşılıqlı fəaliyyət və birgə layihələr vasitəsilə probasiya nəzarətində olan şəxslərin sosial-psixoloji xidmət sahəsində dəstəklənməsi, adaptasiyası və reabilitasiyasının həyata keçirilməsidir.

Bu tərəfdaşlıq çərçivəsində probasiya nəzarətində olan şəxslərin, xüsusilə yetkinlik yaşına çatmayanların, qadınların sosial adaptasiyası və reabilitasiyası üçün birgə fəaliyyətlər həyata keçiriləcək, maarifləndirici tədbirlər və seminarlar təşkil olunacaq, sosial iş və psixoloji dəstək üzrə qabaqcıl metodların tətbiqi təmin ediləcək.
Избранный
1
2
azadmedia.az

3Источники