RU

İngiltərədə şəkərli diabet halları rekord həddə çatıb

Böyük Britaniyada hər beş yetkindən biri ya diabetdən, ya da prediabetdən əziyyət çəkir.

QHT.az xəbər verir ki, Diabetes UK-nin hesabatına görə, diabet xəstələrinin sayı bir ildə 200 min nəfər artaraq 4,6 milyona çatıb. Bundan əlavə, 1,3 milyon insanın 2-ci tip diabeti olsa da, diaqnoz qoyulmayıb. 6,3 milyon insan isə prediabet mərhələsindədir. Diabet iki əsas növə bölünür: Tip 1 (insulin istehsalının pozulması) və Tip 2 (bədənin insulindən düzgün istifadə edə bilməməsi). Xəstələrin 90%-i Tip 2 diabetlidir, əsas risk faktoru isə piylənmədir.

Xəstəlik infarkt, insult, böyrək və göz problemləri kimi ağır fəsadlara səbəb ola bilər. Diabetes UK hökuməti diabetə qarşı tədbirləri gücləndirməyə və xəstələrə daha yaxşı qayğı göstərməyə çağırır.

 

R.İmanov

Избранный
9
qht.az

1Источники