“Feyenord” baş məşqçisi Brian Priske ilə yollarını ayırıb.
QOL.az xəbər verir ki, bu barədə Niderland klubunun rəsmi saytı məlumat yayıb.
Danimarkalı mütəxəssislə sözləşməyə qarşılıqlı razılıq əsasında son qoyulub. Priske 2024-cü ilin yayından komandaya rəhbərlik edirdi. Bildirilir ki, komandanın son zamanlardakı uğursuz nəticələri istefaya səbəb olub.
Hələlik Brian Priskeni kimin əvəzləyəcəyi məlum deyil.
Qeyd edək ki, hazırda Niderland çempionatında 5-ci pillədə qərarlaşan “Feyenord” fevralın 12-də Çempionlar Liqasında pley-off mərhələsində “Milan”la üz-üzə gələcək.