Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 24-cü turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında son çempion “İnter” doğma meydanda “Fiorentina” ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı oyunda Milan təmsilçisi çətin qələbəyə sevinməklə liderlə xal fərqini minimuma endiribi.
Beləliklə, geridə qalmış 24 turdan sonra A Seriyasında 55 xala malik “Napoli” vahid liderdir. “İnter” 54 xalla ikinci, “Atalanta” 50 xalla üçüncü pillədə qərarlaşıb. “Latsio”nun 45, “Yuventus”un 43, “Fiorentina”nın 42, “Milan” və “Bolonya”nın 38, “Roma”nın 34, “Udineze”nin 30, “Torino”nun 28, “Cenoa”nın 27, “Kalyari” və “Leççe”nin 24 xalı var.
İtaliya, A Seriyası
24-cü tur
7 fevral
Komo – Yuventus 1:2
Qollar: Diao, 45+1 – Kolo Muani, 34; 89-pen.
8 fevral
Verona – Atalanta 0:5
Qollar: Reteqi, 21; 25; 44. Ederson, 37. Breşianini, 56.
Empoli – Milan 0:2
Qollar: Leao, 68. S.Ximenes, 76.
Torino – Cenoa 1:1
Qollar: Torsbi, 45+2-öz qapısına – Pinamonti, 68.
9 fevral
Venesiya – Roma 0:1
Qol: Dibala, 57-pen.
Kalyari – Parma 2:1
Qollar: Volyakko, 57-öz qapısına. Koman, 70 – Leoni, 78.
Latsio – Montsa 5:1
Qollar: Maruşiç, 31. Pedro, 57; 77. Kastelyanos, 63. Dele-Başiru, 88 – Sensi, 86-pen.
Leççe – Bolonya 0:0
Napoli – Udineze 1:1
Qollar: Maktominey, 37 – Ekkelenkamp, 40.
10 fevral
İnter – Fiorentina 2:1
Qollar: Ponqraçiç, 28-öz qapısına. Arnautoviç, 52 – Mandraqora, 44-pen.