RU

Qvatemalada avtobus dərəyə aşıb, 51 nəfər ölüb

Qvatemalada avtobusun dərəyə aşması nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə “Emisoras Unidas” radiostansiyası məlumat yayıb.

Məlumata görə, ölənlərdən 36-sı kişi, 15-i isə qadındır.

Ölənlərin sayının artacağı gözlənilir. Hadisə yerində xilasetmə qrupları işləyir.

Bildirilib ki, qəzaya avtobusun əyləc sisteminin nasazlığı səbəb olduğu ehtimal edilir.

Избранный
21
10
apa.az

10Источники