RU

Polis Ed Şiranı tanımadı, konsertini yarıda kəsdi - Video

Dünyaca məşhur britaniyalı müğənni Ed Şiran Hindistanda qalmaqalla üzləşib.

“Qafqazinfo” “The Times” qəzetinə istinadən xəbər verir ki, polis əməkdaşı qastrol səfərində olan sənətçinin Banqalor şəhərində küçə konsertini yarıda kəsib.

Məlumata görə, Şiran mərkəzi küçələrin birində “Shape of You” hitini ifa etməyə başlayıb və bir dəqiqə sonra polis musiqiçinin mikrofonunu söndürüb.

Hətta müğənninin pərəstişkarlarından birinin oxuyanın Ed Şiran olduğunu izah etməyə çalışanması da polisi dayandırmayıb.

Daha sonra sənətçi qrupunun çıxış etmək üçün rəsmi icazə aldığını bildirib. Bir müddət sonra britaniyalı müğənni ifasına davam edib.

Görüntüləri təqdim edirik:

Избранный
20
qafqazinfo.az

1Источники