RU

Azərbaycan millisinin müdafiəçisi oyuna daxil oldu, "Eqnatiya" qalib gəldi

Albaniyada ölkə çempionatının 24-cü turunun bir sıra oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" səfərdə "Elbasani" ilə qarşılaşıb.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Əliyev ikinci hissədə meydana daxil olub.

Hazırda "Eqnatiya" 45 xalla liderliyini davam etdirir.

Избранный
21
sportinfo.az

1Источники