RU

Komandamız İran, Rusiya və Qazaxıstan ilə qarşılaşacaq

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası fevralın 11-dən 13-nə kimi Bakıda təlim-məşq toplanışı keçəcək.

Sportinfo.az AFFA-ya istinadən xəbər verir ki, U-17 fevralın 14-dən 22-dək Belarusun paytaxtı Minskdə gənclər arasında İnkişaf Kuboku turnirində iştirak edəcək.

Millimiz B qrupunda Rusiya, İran və Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə mübarizə aparacaq. A qrupunda isə Belarus, Özbəkistan, Tacikistan yığmaları və Braziliyanın “BSA Akademiyası” komandası çıxış edəcək.

Qrup mərhələsinin oyunlarından sonra fevralın 21-də həlledici görüşlər təşkil olunacaq. Qrup birinciləri çempionluq, ikinciləri üçüncü yer, üçüncüləri beşinci yer, dördüncüləri isə yeddinci yer uğrunda qarşılaşacaqlar.

Millimizin oyunlarının təqvimi

16 fevral
16:10. Rusiya – Azərbaycan

17 fevral
12:00. Azərbaycan – İran

19 fevral
14:20. Qazaxıstan – Azərbaycan

Qeyd: oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Избранный
3
1
sportinfo.az

2Источники