Alimlər beynin instinktiv qorxuya necə qalib gəldiyini kəşf ediblər.
News24.az bildirir ki, tapıntıların fobiya və narahatlıq kimi qorxu ilə əlaqəli psixi sağlamlıq problemlərinin həllinə töhfə verəcəyi gözlənilir.
Elm adamları, nəticələri fevralın 6-da nəzərdən keçirilən “Science” jurnalında dərc edilən araşdırmada beynin real təhlükəni necə müəyyən etdiyini anlayıblar.
Tədqiqatçılar 100-ə yaxın siçanı ayrı-ayrılıqda qapalı bir yerə yerləşdirərək, onları getdikcə genişlənən bir kölgəyə məruz qoyublar.İnstinktiv qorxuları ilə siçanlar əvvəlcə sığınacaq axtarmağa başlayıblar. Lakin 30-50 simulyasiyadan sonra heyvanlar normal davranışlarına qayıdıblar.
Komanda təcrübələr zamanı siçanların beyin fəaliyyətini izləyib və onların qorxularını yatırtmağı öyrəndikləri zaman hansı sinir mexanizmlərinin işə salındığını qeyd ediblər. Tapıntılar vizual korteksin öyrənmə prosesinin ilkin mərhələlərində mühüm rol oynadığını göstərib.
Tədqiqatçılar deyirlər ki, beyin funksiyasını bu qədər təfərrüatlı başa düşmək nadir hallarda olur. Beyində qorxunun necə basdırıldığını anlayaraq, bu sahələri hədəfləyən müalicələr inkişaf etdirilə bilər. Bununla belə, komanda bunun üçün daha çox işin lazım olduğunu da qeyd ediblər.
Zəhraxanım Şeydayeva