RU

bazarında maraqlı deyil - ŞƏRH

Ermənistanın ictimai yerlərə namaz otaqları təsis etməsi görüntü və riyakarlığa daha çox bənzəyir

Ermənistan Turizm Komitəsi yerli hotellərdə müsəlman ibadət otaqlarının açılması ilə bağlı tapşırıq verib. Buna əməl etməyənlərin isə fəaliyyətinin məhdudlaşdırılacağı bildirilib. Sözügedən məsələ Ermənistanın ərəb bazarına girməyə hazırlaşması və körfəz ölkələrindən turist axınının gözlənilməsi ilə əsaslandırılıb. Bu mövzu erməni ictimaiyyətində ciddi rezonans doğurub və narahatlığa səbəb olub. Erməni jurnalist Tatul Mkrtçyanın iddiasına görə, Ermənistandakı hotellərdə müsəlmanlar üçün ibadət otaqlarının hazırlanması ilə bağlı tapşırığın verilməsi təsadüfi deyil: “Məsələni ölkənin ərəb bazarına açılması ilə əsaslandırmağa çalışırlar, lakin bunun həqiqəti əks etdirmədiyi aydındır”. 

O, bu tapşırığın iki səbəbdən verilə biləcəyini qeyd edib:

“Birincisi, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması ilə bağlıdır. Sülh müqaviləsi imzalandıqdan sonra bu ölkələrlə kommunikasiya bərpa ediləcək. Belə olan halda isə Ermənistana türklərin və azərbaycanlıların gəlişi müşahidə olunacaq. Hökumət buna hazırlıq üçün hotellərdə xüsusi müsəlman ibadət otaqları yaradır ki, ilk vaxtlar onlarla ermənilər arasında bu məsələdə qalmaqal yaşanmasın. Əgər bu ideya uğurlu olarsa, zamanla ticarət mərkəzləri və metrolarda da bu kimi otaqlar açıla bilər”. T.Mkrtçyan daha bir iddia irəli sürüb: “İkincisi isə Qəzzadan fələstinlilərin köçü planı ilə bağlıdır. Belə ki, hazırda oradan köçəcək ərəb qaçqınların yerləşdirilməsi üçün Livan, Misir və İordaniyanın adı çəkilir, lakin siyahıda açıqlanmayan ölkələr var. Onlardan biri də Ermənistan ola bilər. Bu baş verərsə, ictimai yerlərdə də müsəlmanlar üçün namaz otaqları hazırlanacaq. Bu il Bakı və Ankara ilə münasibətlərin normallaşması ehtimalı azdır, lakin ərəblərin Qəzzadan köçü baş tutacaq. Ərəblər gəlsələr belə, açılan ibadət otaqlarında türklər və azərbaycanlılar üçün yaşıl işıq olacaq. Gələcəkdə onların Ermənistana gəlməsi halında bu otaqlardan rahat istifadə edə biləcəklər”.

Milli Cəbhə Partiyası başqanının müavini, ilahiyyatçı Tural İrfan isə “Sherg.az”a açıqlamasında deyib ki, Ermənistan qeyri-müəyyənlik içində xarici havadarlarının maraqları çərçivəsində siyasət yürüdən dövlətdir: 

“Bir tərəfdən Azərbaycan ilə sülhdən danışır, digər tərəfdən də Fransa, İran və Hindistandan öldürücü silahlar alır. Hazırda məlumatlar var ki, Azərbaycan ilə sərhəddə hərbi gücünü artırır, istehkamlar qurur. Sözü ilə əməli düz gəlmir. Fəqət Ermənistanda namaz otaqlarının hazırlanmasının səbəblərini İranla da bağlamaq olar. Çünki hazırda ABŞ və İran arasında gərginlik elə həddə çatıb ki, hərbi müdaxilə ehtimalı böyükdür. Belə olduğu halda qaçqın və köçkünlərin Ermənistana da üz tutması labüddür. Ancaq Azərbaycanla Ermənistan arasında yaxınlaşan sülh vəziyəti ilə və həm bu həm də digər müsəlman ölkələrdən Ermənistana gələcək turist və qonaqlar üçün nəzərdə tutulmuş olması daha realdır. Qəzzanın boşaldılmasını və əhalinin hətta Ermənistana qədər gəlib çıxmasına ümid etmirəm. Qəzza əhalisinin sayı Ermənistana gəlib çıxacaq həddə deyil. Hazırda ərəb ölkələri və Türkiyə Qəzzanın boşaldılıb işğal edilməməsi naminə bu köçürülməyə etiraz etsələr də, əgər bu məsələ reallaşarsa, əhalini özləri yerləşdirməyə hazır olacaqlar. Necə ki, Suriya qaçqınları uzun illər Türkiyədə qaldı”.

T.İrfan hesab edir ki, Ermənistanın ictimai yerlərə namaz otaqları təsis etməsi görüntü və riyakarlığa daha çox bənzəyir: 

“Hazırda İrəvanda, Təpəbaşı məhəlləsində, vandalizmə məruz qoyulan Azərbaycan məscidini şərab istehlak edilən məkana çeviriblər və bunu hətta nümayiş etdirirlər. Azərbaycanın Qərbi Azərbaycan İcması da bununla bağlı kəskin etiraz bəyanatı yayıb. Odur ki, bu kimi təxribatların və nifrətin üstünü örtmək üçün ola bilsin, İrəvanda bir neçə yerdə namaz otağı görüntüsü yaradıblar. Çünki məscidin murdarlanması Azərbaycanla yanaşı bütün müsəlman aləminin dininin təhqir olunması deməkdir ki, bu da Paşinyan hakimiyyətinin Qərbə üz tutması ilə ziddiyyət təşkil edir”.

Избранный
20
sherg.az

1Источники