RU

Tramp: Qəzza planımda fələstinlilərin geri qayıtmaq hüququ yoxdur

Qəzza planım çərçivəsində fələstinlilərin geri qayıtmaq hüququ yoxdur.

 

Bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News” kanalının müxbiri Bret Baierin fələstinlilərin geri qayıtmaq hüququnun olub-olmayacağı sualına cavabında deyib.

  

“Onlar daha yaxşı mənzilə sahib olacaqlar. Başqa sözlə, mən onlar üçün daimi bir yer tikməkdən danışıram”, - Tramp qeyd edib.

  

Ağ Ev rəhbəri 1,9 milyon insanın yaşaya biləcəyi gözəl yerlər tikəcəyini söyləyib: “Bunu gələcəyin daşınmaz əmlak layihəsi kimi düşünün”.

 

ABŞ Prezidenti həmçinin planını həyata keçirmək üçün İordaniya və Misirlə razılığa gələ biləcəyinə əminliyini ifadə edib, çünki Vaşinqton onlara ildə milyardlarla dollar verir.

 

Bundan əvvəl Amerika lideri ABŞ-ın Qəzzanı “ələ keçirməli” olduğunu və radikal HƏMAS hərəkatının ora qayıtmamasını təmin etməli olduğunu deyib. Tramp anklavı söküntü yerinə bənzədib və sakinlərin “qayıtmağa yerlərinin” olmayacağını bildirib.

Избранный
14
3
senzor.az

4Источники