RU

Bakıda onun adına kilsə tikiləcək

Bakıda Roma Papası II İohann Pavelin adını daşıyacaq katolik kilsəsinin inşası ilə bağlı hazırlıqlara başlanılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə məxsus "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC layihə-smeta sənədlərinin hazırlanmasına start verib.

Bu işlər üçün 655 min manat xərclənməsi nəzərdə tutulur. Layihələndirmə çərçivəsində kilsənin tikiləcəyi ərazinin topoqrafiyası aparılacaq, geoloji işlər həyata keçiriləcək və şəhərsalma əsaslandırılması hazırlanacaq.

Xatırladaq ki, II İohann Pavel 1920-2005-ci illərdə yaşayıb.

Milli.Az 

Избранный
18
50
milli.az

10Источники