RU

"Teymur Əmrah bir güllə ilə iki quş vurdu"

Müğənni Manaf Ağayev Əməkdar artist Teymur Əmrahın onunla bağlı dediyi "Səsi var" sözlərinə münasibət bildirib.

 

Sənətçi "Qonaqcanlı" verilişində T.Əmrahın bu sözlər onları tənqid etdiyini deyib:

 

"Teymur Əmrah böyük sənətkar, pedaqoqdur. Nə deyirsə, düz deyir. İnsanlar niyə paxıllıq edir? O, bizi tərfiləmədi. Bir güllə ilə iki quş vurdu. Dedi, filankəsin yaxşı səsi var, amma nə oxuyursa mənlik deyil. Bu, tərif deyil, dedi, yaxşı mahnı oxuya bilərlər. Tərif bizlik deyil, ancaq vurmaq lazımdır. Vəfa Şərifova bir ariya oxudu hamı töküldü üstünə. Dedilər, niyə oxumusan? Oxumur, deyirlər küçə mahnısı, "qıjı" kimi oxuyur. Vəfa demir ki, bunu oxuyacam, öhdəsindən gəldiyini göstərdi. O vaxt Habil Əliyev mənim haqqımda dedi ki, "axır ki, onun kimi oxuyan yoxdur". Başladılar nəsə deməyə, cavab verdi ki, mən deyirəm, əcəb edirəm".

 

Qeyd edək ki, T.Əmrah açıqlamasında "Şəbnəm Tovuzlu, Damla, Manaf Ağayev, Zeynəb Həsəninin də səsi var. Şəbnəmin səsi dünyada ən zil səslərdən biridir. Zeynəbin səsinə vurulmuşam. Nə oxuyur, gözəl səslərlə nə xərcləyirlər, başqa mövzudur. Bu gün onlar elə gözəl səs malik ifaçılardır ki..." sözlərini deyib. (Axşam.az)

Tarix: 11 Fevral 2025, 07:47   
Избранный
9
7
pravda.az

8Источники