RU

Zirədə dramatik sonluq

“Neftçi” Azərbaycan Premyer Liqasının XXII turunda “Zirə”ni məğlub edib. “Ağ-qaralar” son dəqiqələri dramatik keçən oyunda üç xala sevinən tərəf olub – 2:1.

Bu mövsüm qeyri-stabil oyunu ilə diqqət çəkən “Neftçi”də son turlarda irəliləmə hiss olunur. Xüsusilə, komanda intizamlı oyun planında artırıb. Zirədə ilk hissədə tərəflər bir neçə dəfə qol vurmağa cəhd göstərsə də, toru sirkələmək mümkün olmadı. Fasilədən sonra isə daha aktiv olan meydan sahibləri Salifu Sumanın effektiv oyunu ilə hesabı açmağa yaxın oldu. “Neftçi” kəsərli hücumlar təşkil edə bilməməsinə baxmayaraq, müdafiə planında da səhvsiz oynadı.

Oyunun sonları isə daha gərgin alındı. Görüşün qolsuz başa çatacağı gözlənilsə də, 3 dəqiqəyə 3 qol vuruldu. “Neftçi”nin 88-ci dəqiqədə hesabı açmasından sonra meydan sahibləri elə ilk hücumdaca fərqləndi. “Ağ-qaralar”ın sevinci çox çəkmədi və hesab bərabərləşdi. Buraxılan qolda “Neftçi”nin oyunçularının ciddi üzüntüsü müşahidə edildi. Buna baxmayaraq, son hücumda başla yaxşı oynayan Ervin Koffi komandasına üç xal qazandırmaqla yenidən Zirədə “Neftçi”lilərin sevincinə səbəb oldu. Qolda mövsümün ən çox tənqid olunan futbolçularından Ramil Şeydayevin də rolu böyük idi.

“Neftçi” çempionatda ardıcıl ikinci qələbəsini qazanaraq, turnir cədvəlində bir pillə irəlilədi. Avrokubok zonasındakı komandaların bu turda xal itirməsi ən çox məhz “Neftçi”nin işinə yarayacaq. Samir Abasovun yetirmələri mübarizədən qopmadığını göstərdi.

Избранный
12
futbolpress.az

1Источники