RU

1 ədədi 1 kilo ətə bərabərdir - B12 dəyərini zirvəyə qaldırır

1 ədədi 1 kilo ətə bərabərdir -

Göbələklər B12 vitamini ilə zəngin qida mənbələrindən biridir. Xüsusilə vegetarian və veganlar üçün əhəmiyyətli olan bu qida, sinir sisteminin sağlamlığını dəstəkləyir və enerji istehsalında mühüm rol oynayır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, göbələklər, həmçinin immunitet sistemini gücləndirən antioksidantlar və beta-qlükanlar kimi komponentlərlə zəngindir. Bu xüsusiyyətləri sayəsində orqanizmi faydalı zülallarla təmin edir və sağlam həyat tərzini dəstəkləyir.

Göbələklərin tərkibində B12 vitamini ilə yanaşı, kalium, fosfor və sink kimi minerallar da mövcuddur. Bu qidalar orqanizmin enerji istehsalında, hüceyrələrin yenilənməsində və sinir sisteminin düzgün işləməsində mühüm rol oynayır. Göbələklərin müntəzəm istehlakı infeksiyalara qarşı müdafiəni artıraraq sağlam bədən quruluşunu qorumağa kömək edir.

Göbələklərin ürək sağlamlığını dəstəklədiyi, iltihabı azaltdığı və qaraciyəri təmizləyərək detoks təsiri göstərdiyi də məlumdur. Bəzi göbələk növləri, məsələn, Reishi və Şiitake, xərçəng hüceyrələrinin böyüməsinə maneə törətməyə kömək edən birləşmələr ehtiva edir. Bundan əlavə, bəzi göbələklər yaddaşı gücləndirir və diqqəti artırır, beləliklə, zehni funksiyaları dəstəkləyir.

Göbələklərin müxtəlif növləri mövcuddur və onların hər biri fərqli dad və qida dəyərlərinə malikdir. Məsələn, Şiitake, Portobello və Maitake kimi növlər müxtəlif yeməklərdə istifadə edilə bilər. Göbələkləri sote edərək, salatlara əlavə edərək və ya şorbalarda istifadə edərək qida rasionunuza daxil edə bilərsiniz.

Göbələklərin tərkibindəki qida maddələri və vitaminlər orqanizmin ümumi sağlamlığını dəstəkləyir və müxtəlif xəstəliklərin qarşısının alınmasında köməkçi olur. Onların müntəzəm istehlakı sağlam həyat tərzinin bir hissəsi kimi tövsiyə edilir.

"Göbələk Çığırtması" yeməyinin resepti

Tərkibi:

  • 1 kq zirə göbələyi
  • 2 ədəd şirin bibər
  • 1 ədəd acı bibər (zövqə görə)
  • 2-3 ədəd pomidor (və ya tomat pastası)
  • 1 ədəd iri soğan
  • Yağ
  • Duz, istiot, pul bibər
  • Şüyüd, keşniş, cəfəri (hərəsindən 2-3 saplaq)

Hazırlanması:

  1. Əvvəlcə göbələklərin qabığını soyub, doğrayın və yaxşıca yuyun ki, qumlu qalmasın. Əgər göbələklər qaradırsa və ya köhnədirsə, suda bir az qaynadıb, suyunu süzmək məsləhətdir.
  2. Soğanı xırda doğrayın və yağda bir az öldürün.
  3. Üzərinə doğranmış bibərləri əlavə edib, bir az daha qovurun və sonra göbələkləri əlavə edib birlikdə bişirin.
  4. Duz, istiot və pul bibər əlavə edib, tam suyu çəkiləndə pomidor (və ya tomat pastası) əlavə edin.
  5. Tavanın qapağını örtüb, az odda bişirin.
  6. Ən sonda göyərtiləri xırda doğrayıb, yeməyin üstünə əlavə edin və qarışdıraraq qazdan götürün.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Избранный
14
e-saglam.az

1Источники