RU

Vucic: Mənim devrilməm üçün Serbiyaya xaricdən 3 milyard avro gəlib...

Serbiya prezidenti Aleksandar Vucic bildirib ki, onu devirmək üçün xaricdən Serbiyaya 3 milyard avroya yaxın vəsait köçürülüb...

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, Serbiya prezidenti bunu televiziya ilə çıxışı zamanı bildirib.

“Mənim devrilməyimə nə qədər pul yatırıldığı eşidəndə sözün əsl mənasında şoka düşdüm. Demək istəyirəm ki, son on ildə xaricdən bunun üçün 1,5 milyard avro göndərilib, Amma mən hesablamağa başlayanda məlum oldu ki, bu, artıq 3 milyard avronu ötüb”, deyə Serbiy lideri bildirib.

Vuçiçin sözlərinə görə, Serbiya sürətlə inkişaf etməyə başlayan kimi xarici strukturlar bu ölkənin məhvinə getdikcə daha çox sərmayə qoymağa başlayıblar.

“Onların küçələrə çıxardıqları, qan tökülməsinə və digər hadisələrə səbəb olan insanların başına nə gəldiyi heç də vecinə deyil. Onlar beləşeylərə əhəmiyyət vermirlər. Onlar böyük miqdarda pul yatırırlar ki, məni devirsinlər”, deyə Vuçiç vurğulayıb.

Serbiya prezidentinin sözlərinə görə, Serbiyanın kənardan məhv edilməsi cəhdləri respublikanın azadlıqsevər siyasətini sarsıtmaq, ölkənin Qərbi Balkan regionunda mövqelərini zəiflətmək istəyi, eləcə də “ölkəni kukla teatrında olduğu kimi manipulyasiya etmək, yalnız onların sözünün eşidilməsi və həyata keçirilməsi” planları ilə diktə olunur.

"Onlar böyük məbləğdə pul yatırıblar, ona görə də biz ildə 7 ay etiraz aksiyaları keçirdik. İndi də fikirləşdilər: bu, sondur. Və görəsən niyə son yoxdur və olmayacaq. İndi də sizə deyirəm: qanlı inqilablar, axmaqlıq olmayacaq", - Serbiya prezidenti bildirib.

Poliqon.info

Избранный
8
poliqon.info

1Источники