ABŞ prezidenti Donald Tramp daha əvvəl elan etdiyi Qəzza planı ilə bağlı mübahisəli fikirlər səsləndirib.
AzadMedia.az xəbər verir ki, Tramp, Qəzza zolağında bərpa prosesinin ABŞ-nin nəzarəti ilə illər çəkəcəyini, bu müddətdə fələstinlilərin anklavda yaşamalarının mümkün olmadığını deyib.
O, bunun əvəzində fələstinlilərin qonşu ölkələr və ABŞ-nin müttəfiqləri də daxil olmaqla 6 fərqli yerə köçürüləcəyini və orada onlara lazım olan hər cür şəraitin yaradılacağını qeyd edib.
Tramp bildirib ki, xaricə köçürülən qəzzalıların anklava geri qayıtmaq hüququ olmayacaq.
Fələstin administrasiyası və HƏMAS qruplaşması Trampın bu fikirlərinə qarşı çıxıb və Qəzza zolağının satılmadığını bildirib.
İsrailin baş naziri Benyamin Netanyahu isə Trampın Qəzza planını inqilabçı və yaradıcı adlandırıb.
Tramp açıqlamasında bildirib ki, fələstinlilər üçün tam təhlükəsiz icmalar quracaq və bərpa prosesində həmin icmalara ABŞ nəzarət edəcək.
Ağ ev lideri fələstinlilər üçün qurulacaq yeni həyatın müvəqqəti yox daimi xarakter daşıyacağını bildirib.
Bu, dövlət katibi Marko Rubio və Ağ Evin mətbuat katibi Karolin Levitin açıqlamarı ilə ziddiyyət təşkil edən əsas məqam olub.
Belə ki, onlar çıxışlarında yenidən qurma müddətində fələstinlilərin köçürülməsi ilə bağlı plandan bəhs etsələr də, bunun müvəqqəti olacağını bildirmişdilər.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта