RU

Bizi ordan böldülər, birliyimiz də ordan başlayacaq - İqbal Ağazadə yazır

Bu gün Azərbaycanın iki dövlət arasında bölünməsindən 197 il ötür.

"Türkmənçay" müqaviləsi ilə rəsmiləşdirilən bu parçalanma Yaxın Şərqin taleyini dəyişdirdi.

Bu, təkcə Azərbaycanın ikiyə bölünməsi deyildi.

Türk dünyasının gələcək illərdə inteqrasiyasının qarşısının alınması, Osmanlının güclənməsinə imkan verilməməsi, Rusiya daxilində yaşayan türkdilli və müsəlman xalqların dövlət qurmasının əngəllənməsi, imperialist güclərin yeni oyunları üçün meydançanın təşkili idi.

Bu müqavilənin nəticəsində Cənubi Qafqazda erməni dövlətinin yaranmasına yol açıldı, bu müqavilə ilə böyük Azərbaycan coğrafiyasının yaranmasının qarşısı alındı, Türküstan-Avropa xətti üzrə türk dünyasının imkanları yox edildi, Rusiya ərazisində yaşayan türkdilli xalqların kökündən qopması prosesi, ruslaşdırma siyasəti başladı. Hələ də davam edir...

Dünya yeni mərhələdədir. Tarixi fürsətlər yaranır, hər gün fərqli iddialarla çıxış edən dövlətləri və başçılarını görürük.

Dünən itirdiklərimizi bu gün geri almaq şansları yaranır.

Bunun üçün ilk növbədə hər kəs 197 il mübarizəsindən çəkilməyən, milli kimliyi üçün milyonlarla itki verən, təkcə Azərbaycanın bütövlüyü üçün deyil, türk dünyasının coğrafi və mənəvi birliyini ayaqda tuta biləcək bir mübarizə sərgiləyən, illərlə meydanlarda yalnız, təkbaşına qalan GÜNEY AZƏRBAYCAN TÜRKLƏRİNƏ minnətdar olmalıdır.

Məhz GÜNEY Azərbaycandakı mübarizə və əzm gələcək üçün yeni ümidlər verir.

Bu mübarizə Türküstanla Anadolunun birləşməsi, Kərkükün öz doğmalarına qovuşmasıdır, Rusiyada milli kimliyinə balta çalınmış xakasın, altayın, çuvaşın, udmurtun, tatarın, qaraçayın, başqırdın, kumıkın, çeçenin, avarın öləziyən ümidlərinə işıq tutmasıdır, Türkiyənin regionda söz sahibi olmasını saxlamaqdır, məzhəb, təriqət savaşlarından ayrılıb, böyük müsəlman və türk birliyinə gedən yolu aydınlatmaqdır, nəhayətdə, BÖYÜK AZƏRBAYCAN davasına töhfə verən misilsiz fədakarlıq və qəhrəmanlıqdır.

Zəngəzur dəhlizinin açılması bu yolçuluğun bir parçasıdır.

XXI əsrin 20-ci ilindən başlayaraq, itirdiklərimizi geri alırıq. 2028-ci il bizə nə vəd edəcək?

200 illik bölünmə tarix olacaqmı???

Mən olacağına çox inanıram. Bəlkə 2028-də deyil, daha sonra gerçəkləşəcək, bunu zaman və mübarizəmizin dinamikası göstərəcək, amma o gün mütləq olacaq. Qarabağı işğaldan azad etdiyimiz kimi, digər torpaqlarımıza da qovuşacağıq. Bu bizim bir xalq, millət kimi haqqımızdır. Bu haqqı kimsəyə yedirtməyəcəyik, sadəcə yorulmadan bu yolu davam etdirməliyik...

P.S. Hər kəs, özəlliklə Türkiyəmiz GÜNEY Azərbaycanın haqq davasına dəstək verməlidir. Bizi ordan böldülər, birliyimiz də ordan başlayacaq, orda bütövləşəcəyik!!!

Избранный
6
bakivaxti.az

1Источники