RU

MPL: Lider "Qarabağ" autsayder "Səbail"ə qarşı - YENİLƏNİR

Misli Premyer Liqasında bu gün XXII tura yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, son oyun günündə bir qarşılaşma keçiriləcək.

Bağlanış matçında lider "Qarabağ"la autsayder "Səbail" ilə üz-üzə gələcək. Yaxın üç izləyicisinin - "Zirə", "Araz-Naxçıvan" və "Turan Tovuz"un xal itirdiyini nəzərə alsaq, Qurban Qurbanovun komandası "dənizçilər"i yenməklə zirvədə daha da möhkəmlənə, xal fərqini artıra bilər. 

Qeyd edək ki, tur çərçivəsində "Şamaxı" - "Sumqayıt" (1:0) və "Sabah" - "Turan Tovuz" (2:1) oyunları şənbə, "Araz-Naxçıvan" - "Kəpəz" (0:0) və "Zirə" - "Neftçi" (1:2) matçları isə bazar günü baş tutub.

Misli Premyer Liqası
XXII tur
11 fevral

19:00. "Qarabağ" – "Səbail"
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Vüqar Həsənli.
VAR: İnqilab Məmmədov, Rahil Ramazanov.
Hakim-inspektor: Ömər Paşayev.
Tofiq Bəhramov adına Respublika Stadionu.

Избранный
5
fanat.az

1Источники