RU

2024-cü ildə Gürcüstandan Azərbaycana səfərlərin sayı artıb

2024-cü ildə Gürcüstandan Azərbaycana səfərlərin sayı artıb.

Bu barədə Gürcüstanın Statistika Xidmətinin məlumatında bildirilir.

Məlumata görə, Gürcüstan rezidentləri xarici ölkələrə ümumilikdə 2,8 milyon səfər həyata keçirib ki, bu da illik 1,4 % azalma deməkdir. Lakin Azərbaycana edilən səfərlərin sayı 11 % artaraq 50 minə çatıb.

Ölkələr üzrə ən çox səfər Türkiyə (871 min) və Rusiyaya (425 min) olub.

Gürcüstan rezidentlərinin əsas səfər səbəbləri dostları və qohumları ziyarət (33,4 %), alış-veriş (33,1 %), istirahət və turizm (18,6 %), iş və iqtisadi fəaliyyət (10,4 %), müalicə və sağlamlıqdır (2,2 %).

2024-cü ildə Gürcüstan vətəndaşlarının xaricdə xərclədiyi ümumi məbləğ 2,3 milyard lari təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 11,3 % artım deməkdir. Bir səfər üçün orta xərc 1,008 lari olub.

Azərbaycan Gürcüstan vətəndaşları üçün həm turizm, həm də ticarət baxımından mühüm istiqamətlərdən biri olaraq qalmaqdadır.

© “Report”

Избранный
29
9
marja.az

10Источники