RU

Bakıda plana düşən binalar 8 ildir niyə sökülmür?

Ajans.az Xezerxeber.az-a istinadən xəbər verir ki,  hələ 2017-ci ildə Nazirlər Kabineti Bakı şəhərinin 1-ci mikrorayonunun yenidən qurulması ilə əlaqədar qərar qəbul edib. Bu qərara görə, sözügedən ərazidə yerləşən istismar müddətini başa vurmuş, qəzalı vəziyyətdə olan beşmərtəbəli binalar sökülməli, yerində müasir tələblərə uyğun yeni çoxmərtəbəli binalar tikilməli idi. Lakin 8 il keçməsinə baxmayaraq, ərazidə heç bir söküntü və tikinti işi aparılmır. Bəs səbəb nədir?

Ərazidə yaşayan sakinlər binalarının söküləcəyi, yeni binalarda yaşayacaqları günü səbirsizliklə gözləyirlər, lakin o günün nə zaman gələcəyini bilmirlər. Onların sözlərinə görə, aidiyyəti qurumlar nə əraziya baxış keçirir, nə də onlara dəqiq məlumat verirlər.

Əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadov deyir ki, sözügedən ərazi 20 hektardır və burada sökülməli olan 40-a yaxın bina, 2000-dən çox mənzil var. Ekspert işlərin yubanmasının səbəbini inşaat normativlərinin dəyişdirilməsində görür.

1-ci mikrorayonun ərazisində aparılacaq yenidənqurma işləri üzrə sifarişçi funksiyası Fövqəladə Hallar Nazirliyinə həvalə edildiyindən nazirliklə əlaqə saxladıq. Qurumdan bildirildi ki, bu işin təşkili Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilir. Komitədən isə məlumat verildi ki, ərazinin planlaşdırılma işləri Bakı şəhərinin baş planının tələblərinə uyğun razılaşdırılır.

Təəssüf ki, heç bir qurumdan işlərin nəyə görə yubandığına və nə vaxt başlayacağına dair açıqlama ala bilmədik.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
11
10
Ajans.az

10Источники