RU

30 illik zülmətə tutulan işıq - 10 illik yubiley! - FOTO - VİDEO

30
Şaxta adamı qılınc kimi kəsirdi. Bütün çətinliklərə baxmayaraq, vədə yetişmiş, saatlarla davam edən məşəqqətli səfərin kulminasiya nöqtəsi gəlib çatmışdı. Media nümayəndələri aramla avtobusdan düşüb onları soyuğa təzad isti təbəssümlə qarşılayan Zəngilanla salamlaşdıqdan sonra qarşılarında ucalan binaya doğru yönəldilər. Səfərin əsas qayəsi jurnalistləri Qarabağın qoynundan süzülən işığın başına toplamaq və “Azərişıq” ASC-nin 10 illik yubileyi ilə əlaqədar bu müddət ərzində ölkədə, son 5 ildə isə işğaldan azad olunan ərazilərdə görülən işlərlə tanış etmək idi. Tədbir zamanı “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə, sədrin texniki məsələlər üzrə müşaviri Vüsal Qənbərov, Enerji Satışı Departamentinin İnformasiya Araşdırma İdarəsinin rəis müavini Rüstəm Quliyev, “Azərişıq” ASC-nin Asan Xidmətlə iş və Elektron xidmətlər Departamentinin direktor müavini İnam Yusifov, qurumun Mətbuat və İctimaiyyətlə əlaqələr İdarəsinin rəisi Vaqif Mustafayev çıxış ediblər.
Tədbirdə qeyd edilib ki, “Azərişıq” ASC tərəfindən son 10 il ərzində ölkə üzrə həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri çərçivəsində 20 min km uzunluğunda müxtəlif gərginlikli müasir elektrik veriliş xətləri çəkilib, 30 min km-ə yaxın mövcud elektrik veriliş xətləri yenisi ilə əvəz olunub, 40 ədəd müasir 110/35 kV-luq, 227 ədəd 35 kV-luq yarımstansiya inşa edilib, 7 min ədəd yeni transformator məntəqəsi quraşdırılıb. Bununla yanaşı, 700 min köhnə sayğac müasir ölçü cihazları ilə əvəz olunub. Qurum rəsmilərinin verdiyi məlumata görə, son 10 ildə abonentlərin sayı 2 milyon 359 mindən 2 milyon 993 minə, quraşdırılan smart sayğacların sayı 386 mindən 1 milyon 120 minə yüksəlib. Təbii ki, 10 illik fəaliyyətlər nəticəsiz qalmayıb və vətəndaşlara göstərilən xidmətlərin daha sadə və əlçatan olması istiqamətində görülən işlər uğurla nəhayətlənib. 2017-ci il ilə müqayisədə “Azərişıq” ASC-nin “ASAN Xidmət” mərkəzlərində 8 il ərzində vətəndaşlara göstərilən xidmətlərin sayı 8-dən 18-ə çatdırılıb. Əvvəl 7 prosedurla aparılan müraciətlər isə bu gün sadəcə 2 prosedurla yekunlaşır. Tədbirin ən təsirli və bir o qədər də fərəhləndirici hissəsi isə “Azərişıq” ASC-in 5 il ərzində işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi yenidənqurma işləri ilə bağlı verilən məlumatlar olub. Gerçək sakinlərinə qucaq açan rayon və kəndlərin məhv edilən çöhrəsinin bərpa edilərək yenidən işıq saçmasında, sözsüz ki, “Azərişıq” ASC tərəfindən həyata keçirilən işlərin rolu böyükdür. Belə ki, bu ərazilərdə müasir dayaqlar əkilir və elektrik xətləri çəkilir, yeni güc mərkəzləri yaradırılır. Hətta Bartaz yüksəkliyi kimi ən ucqar ərazilər belə elektrik enerjisi ilə təmin edilərək görülən uğurlu işlərin sayı günü-gündən artırılır. 1news.az “Azərişıq” ASC-nin yaranmasının 10-cu ildönümünə həsr edilmiş çarxı təqdim edir:
Избранный
4
1
1news.az

2Источники