RU

Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinin ikinci oyunları baş tutacaq

Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinin ikinci oyunları bu gün keçiriləcək.

Kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov Misrətdin İskəndərovla, Teymur Rəcəbov Rauf Məmmədovla üz-üzə gələcək.

Ş.Məmmədyarov ilk qarşılaşmada qalib gəlib - 1:0. T.Rəcəbov isə heç-heçə edib - 0,5:0,5.

Qadınlarda Günay Məmmədzadə Gülnar Məmmədova ilə, Ülviyyə Fətəliyeva Gövhər Beydullayeva ilə görüşəcək. G.Məmmədova ötən gün qələbə qazanıb - 1:0. Digər dueldə qalib müəyyənləşməyib.

Избранный
46
8
aznews.az

10Источники