RU

Türkmənistan və Türkiyə İran üzərindən qaz tranziti ilə bağlı razılıq əldə edib 

Türkmənistan Türkiyənin "Botaş" şirkəti ilə svop sxemi üzrə İran üzərindən təbii qazın tranzitini razılaşdırıb.

Bu barədə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı zamanı bildirib.

Q.Berdiməhəmmədov söhbət zamanı elektroenergetika sahəsində qarşılıqlı əlaqələrin artırılması məqsədilə Türkmənistan Marı İES-dən İran sərhədinə qədər Marı-Məşhəd elektrik xəttinin çəkilməsini təklif edib. Onun sözlərinə görə, artıq lazımi danışıqlar aparılıb və müvafiq sənəd imzalanıb. Layihənin İran şirkətləri tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.

O vurğulayıb ki, Türkmənistanla İran Asiya və Avropa, Xəzər dənizi və Fars körfəzi arasında əlverişli coğrafi mövqedə yerləşir ki, bu da iki ölkə qarşısında nəqliyyat-logistika sahəsində konstruktiv tərəfdaşlıq üçün yol açır.

Избранный
2
8
referans.az

10Источники