RU

Siyyarto: Macarıstan Ukraynadan heç bir zəmanət istəmir...

Macarıstanın Ukraynadan enerji təhlükəsizliyi zəmanətinə ehtiyacı yoxdur...

Macarıstan Avropa Komissiyasına (AK) Ukraynadan enerji təhlükəsizliyi zəmanətinə ehtiyac duymadığını açıq şəkildə bəyan edib.

Poliqon xəbər verir ki, bunu “RİA Novosti”nə müsahibəsində Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyyarto deyib.

“Bir tərəfdən, Budapeşt heç vaxt yaratmadığı bir şey üçün pul ödəyir, digər tərəfdən isə biz bu ödəməyimizə baxmayaraq, insanlarımızın enerji təchizatı təhlükəsizliyimizi təhlükə altına qoyurlar. Biz bunu Avropa Komissiyasına çox açıq şəkildə bildirdik. Biz artıq ukraynalılardan heç bir zəmanət almaq istəmirik, çünki bizim bu zəmanətlərlə bağlı öz təcrübəmiz var və bu təcrübəo qədər də müsbət deyil”, deyə nazir vurğulayıb.

Siyyarto həmçinin bildirib ki, Ukrayna enerji təhlükəsizliyi üzrə Aİ-Macarıstan sazişinin bir hissəsi olaraq “Türk axını” ilə bağlı infrastruktura hücum etməməyi öhdəsinə götürüb.

Poliqon.info

Избранный
4
poliqon.info

1Источники