RU

Üç il əvvəl Zaqatalada meşədə itkin düşən hindistanlı turistin qalıqları tapıldı

Fevralın 9-da Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2022-ci ilin may ayıdna Zaqatala rayonu ərazisində itkin düşmüş 1993-cü il təvəllüdlü Hindistan Respublikası vətəndaşı Kondaveti Maniqanta məxsus olması ehtimal edilən meyitin qalıqları, ona məxsus əl çantası, bank kartları, mobil telefon və digər şəxsi əşyalar Böyük Qafqaz dağlarının Zaqatala rayonu Car kəndi yaxınlığında "Şamilovka" meşə massivində aşkar edilib.

 

Meyitin qalıqları və digər əşyalar yüksəklik ərazidə götürülərək, müvafiq ekspertizalar keçirilməsi üçün adiyyəti üzrə Zaqatala rayon prokurorluğuna təqdim olunub.

 

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

 

APA

Tarix: 11 Fevral 2025, 09:59   
Избранный
1
49
pravda.az

10Источники