RU

Livanda Hizbullahın silahları arasında USAID humanitar yardımı tapılıb

Livanda

Livanda şiə Hizbullah hərəkatının silah anbarında ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) humanitar ləvazimatları aşkar edilib.

Bu barədə bazar ertəsi New York Post İsrail Müdafiə Qüvvələrinin (IDF) istefada olan əsgəri Asher Fredmana istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Hizbullahın qalasının olduğu Livan kəndində patrul xidməti apararkən “üzərində USAİD yazılan paketlərin yanında snayper tüfəngləri, tank əleyhinə raketlər və partlayıcı maddələr aşkar edib.

Bundan əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirmişdi ki, Moskvanın USAİD-in bütün dünyada radikalları maliyyələşdirməsi ilə bağlı keçmiş bəyanatlarının hamısı doğrudur.

Cavid

Избранный
11
xalqcebhesi.az

1Источники