RU

“Odlar yurdu”nun neft ehtiyatları – 7 milyard barel!

Azərbaycanın təsdiq edilmiş neft ehtiyatları 2025-ci il yanvarın 1-nə 7 milyard barel həcmində olub. Bu barədə açıqlama ilə ABŞ-ın Enerji Məlumatları İdarəsi çıxış edib.

Məlumata görə, Azərbaycanda xam neft hasilatı (kondensat istisna olmaqla) 2009-2010-cu illərdə gündəlik, təxminən, 1 milyon barel həcmində olub. “2024-cü ildən 2026-cı ilə qədər ümumi neft mayelərinin istehsalının orta hesabla gündəlik 600 min bareldən bir qədər çox olacağı proqnozlaşdırılır”, – deyə məlumatda qeyd olunub.

“Azəri–Çıraq–Günəşli” yatağını Azərbaycanda neft mayeləri hasilatının əsas mənbəyi kimi xarakterizə edən hesabat müəllifləri bildiriblər ki, burada neft hasilatı 2010-cu ildə gündəlik 823,1 min barellə pik həddə çatıb. 2023-cü ilin birinci yarısında yatağından 375 min barel “Azeri Light” markalı xam neft hasil edilib. Bu xam neft və “Şahdəniz” təbii qaz yatağından hasil olunan kondensat Azərbaycanın hasil etdiyi və ixraca yönəltdiyi əsas neft mayeləridir.

Bununla yanaşı, ABŞ-ın Enerji Məlumatları İdarəsi son məlumatında 2025-ci il yanvarın 1-nə Qazaxıstan, Türkmənistan və Özbəkistanın təsdiqlənmiş neft ehtiyatları barədə də mülahizələrini bölüşüb. Qurum bu ehtiyatların müvafiq olaraq 30 milyard barel, 600 milyon barel və 594 milyon barel həcmində olduğu qənaətindədir.

Избранный
1
1
xalqqazeti.az

3Источники