Bakı. Trend:
Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan pulvəsaitlərinin ölkəyə qaytarılması istiqamətində tədbirlər davametdirilir.
Bu barədə Trend-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumatverilib.
Xəbər verildiyi kimi, xarici ölkələrə müxtəlif növ məhsullarıixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olanpul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlıDövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasındaprokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaqaparılır.
Hazırkı vaxtadək Şirvan şəhər, habelə Qusar, Bərdə, Masallı,Tovuz, Siyəzən, Şəki, Şabran və Gədəbəy rayon prokurorluqlarıtərəfindən həyata keçirilən tədbirlər nəticəsində bəzi sahibkarlıqsubyektlərinin xarici ölkələrə ixrac edilmiş kənd təsərrüfatıməhsullarının alqı-satqısından əldə etdikləri pul vəsaitlərinin 33milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 56milyon manatdan artıq) hissəsinin ölkəmizdə müvəkkil edilmiş bankhesabına qaytarılması təmin edilib.
Prokurorluq orqanları tərəfindən bu kateqoriya araşdırmalaradair, yəni müxtəlif şəxslər tərəfindən mal və məhsulların ixracınəticəsində əldə edilən pul vəsaitlərinin ölkəmizdə müvəkkil bankhesablarına qaytarılması istiqamətində zəruri prosessualtədbirlərin icrası davam etdirilir.