RU

Cəbrayılda tibbi aksiya

“Böyük Qayıdış” proqramı çərçivəsində Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərdə müxtəlif xəstəliklərin aşkarlanması ilə bağlı kompleks müayinələrin aparılması, sakinlərə tibbi məsləhətlərin verilməsi və sağlamlıq məmnunluğunun təmin edilməsi məqsədilə silsilə aksiyalar keçirir.

Növbəti tibbi aksiya zamanı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun tibb heyəti ilk dəfə Cəbrayıl şəhərində tibbi xidmətlər göstərib.

Müayinələr institutun tibbi avadanlıqlarla təchiz olunan səyyar klinikasında aparılıb. Müxtəlif diaqnostik prosedurlardan başlayaraq, ilkin tibbi yardıma qədər istifadə edilən mobil klinikaların modul avadanlığı ucqar ərazilərdə yaşayan əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini və əlçatanlığını təmin edir.

Aksiya zamanı döş qəfəsi orqanlarının flüoroqrafiyası, elektrokardioqrafiya, exokardioqrafiya, spirometriya, USM müayinəsi və qan analizlərinin öyrənilməsi həyata keçirilib.

Müayinələr nəticəsində problemi aşkarlanan şəxslərə məsləhətlər verilib və müvafiq müalicə təyin olunub. Aksiya zamanı 300-ə yaxın Cəbrayıl sakini müayinələrdən keçib.

Maarifləndirici söhbətdə isə institutun əməkdaşları qeyd ediblər ki, məqsəd işğaldan azad edilən ərazilərdə səyyar tibbi müayinələrin keçirilməsi yolu ilə əhalinin sağlamlığını yaxşılaşdırmaqdır. Eyni zamanda, Cəbrayıl sakinlərinin sağlamlığının qorunmasında dəstək göstərmək, ağciyər sağlamlığı haqqında maarifləndirmə nəzərdə tutulur.

Aksiyada iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Z.HÜSEYNOVA
XQ

Избранный
3
4
xalqqazeti.az

10Источники