![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2024/8/20/1/51a7eeda-ac47-48e8-ae3e-9358146854a4/qizil-dollar-yeni123b.jpg)
Qızıl fyuçerslərinin qiyməti yeni tarixi maksimuma çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Comex” birjası (Nyu-York Ticarət Birjasının bölməsi) məlumat yayıb.
Ticarət platformasından verilən məlumata görə, qızılın qiyməti bir troy unsiyası üçün 2 950 dolları keçib.
Bakı vaxtı ilə saat 05:09-a olan məlumata görə, qızılın qiyməti 1,60% artaraq 2950,3 dollar olub.
Bakı vaxtı ilə saat 05:12-də qızılın qiyməti artmaqda davam edərək bir unsiya üçün 2953,8 dollara (+1,72%) çatıb.