RU

Qəbələdə “Qış nağılı” Beynəlxalq Musiqi Festivalının yekun konserti olub (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin,Bakı Musiqi Akademiyasının və “Gilan”ın dəstəyi ilə Qəbələdə ilkdəfə keçirilən “Qış nağılı” Beynəlxalq Musiqi Festivalı başaçatıb.

2009-cu ildən ənənəvi təşkil olunan Qəbələ Beynəlxalq MusiqiFestivalının davamı olaraq sənətsevərləri yenidən bir araya gətirən“Qış nağılı” festivalı yenə də öz möhtəşəmliyi ilə musiqidünyasının diqqətini Qəbələyə cəlb edə bilib. Fevralın 7-dəbaşlayan və dörd gün davam edən musiqi bayramında Azərbaycanlayanaşı, Böyük Britaniya, Almaniya, İtaliya, Polşa və Rusiyadandünyaşöhrətli musiqiçilər - ifaçı və dirijorlar, musiqikollektivləri çıxış ediblər.

Trend xəbər verir ki,fevralın 10-da axşam Qəbələ şəhərindəki Heydər Əliyev KonqresMərkəzində “Qış nağılı” Beynəlxalq Musiqi Festivalının yekunkonserti olub. Mərasimdə festivalın təşkilatçı qurumlarınıntəmsilçiləri, tanınmış musiqiçilər, musiqisevərlər və şəhərinqonaqları iştirak ediblər.

Festivalın yekun konsertində Xalq artisti Ənvər Sadıqov(qarmon), Əməkdar artist Emil Əfrasiyab (piano) və “Qaytağı”instrumental ansamblının iştirakı ilə tamaşaçılara möhtəşəm proqramtəqdim olunub. Konsertdə Azərbaycan və Qərbi Avropa bəstəkarlarınınəsərləri səsləndirilib. Ansamblın təqdim etdiyi Azərbaycankinofilmlərinin musiqiləri əsasında popurilər, “Telefonçu qız”kinofilmindən “Xəyal”, “Doğma nəğmələr”, Ruhəngiz Qasımovanın“Anacan, dostum evlənir”, “Yenilməz batalyon” kinofilmindən mahnı,xalq mahnısı “Laçın”, xalq rəqsi “Uzundərə” və digər mahnı vərəqslər, əsərlər tamaşaçıların ürəyincə olub.

Beləliklə, Heydər Əliyev Fondunun təşkilatçılığı, MədəniyyətNazirliyinin, Bakı Musiqi Akademiyasının və “Gilan”ın dəstəyi iləQəbələdə ilk dəfə keçirilən “Qış nağılı” Beynəlxalq MusiqiFestivalı şən notlarla başa çatıb. Festivalın davam etdiyi günlərdəmusiqisevərlər və Qəbələnin qonaqları Azərbaycan Dövlət AkademikOpera və Balet Teatrının Simfonik Orkestrinin, Bakı KameraOrkestrinin, Bakı Xoreoqrafiya Akademiyasının şagird vətələbələrinin, Almaniya və Rusiyanı təmsil edən Aydar Qaynullinin“Eyforiya”, Polşanın “Glassduo” ansambllarının, “Qaytağı”instrumental ansamblının konsertlərini, Azərbaycanın və xariciölkələrdən gələn tanınmış ifaçıların çıxışlarını izləmək imkanıəldə ediblər.

Qəbələdə
Qəbələdə
Qəbələdə
Qəbələdə
Qəbələdə
Qəbələdə
Qəbələdə
Qəbələdə
Qəbələdə
Qəbələdə
Qəbələdə
Qəbələdə
Избранный
3
5
az.trend.az

10Источники