RU

Qırğızıstanla Türkiyə birgə silah istehsal edəcək

Yazını böyüt
Yazını kiçilt

Türkiyə Mərkəzi Asiyada hərbi varlığını gücləndirməyə davam edərkən, Qırğızıstanla müdafiə sahəsində mühüm əməkdaşlığa imza atıb. İki ölkə hərbi təmayüllü məhsulların birgə istehsalını və onun üçüncü ölkələrə ixracını nəzərdə tutan saziş çərçivəsində əməkdaşlığı genişləndirməyə hazırlaşır.

Hafta.az-ın yazdığına görə, Qırğızıstan parlamenti bu sazişin təsdiqi üçün qanun layihəsini öz gündəliyinə salıb. Qırğızıstan Müdafiə Nazirliyi sazişin ölkənin müdafiə sənayesini gücləndirmək məqsədi daşıdığını vurğulayır.

Analoji hərbi müqavilənin daha əvvəl Türkiyə ilə Qazaxıstan arasında imzalanması ekspertlər tərəfindən Türkiyənin Orta Asiyada hərbi təsiri kimi şərh edilir. Bildirilir ki, Türkiyə xüsusilə bölgədəki nəqliyyat yollarının təhlükəsizliyini təmin etmək üçün hərbi mövcudluğunu genişləndirə bilər.

Qırğızıstan prezidenti Sadır Çaparov prezident Rəcəb Tayyib Ərdoğanın 2024-cü ilin noyabrında səfərini dəyərləndirərkən iki ölkə arasında əlaqələrin “hərtərəfli strateji tərəfdaşlıq” səviyyəsinə çatdığını bildirib. Səfər çərçivəsində müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinə dair bir sıra sazişlər imzalanıb.

Qırğızıstan parlamentinin rəsmi saytında verilən məlumata görə, saziş çoxşaxəli hərbi əməkdaşlığı nəzərdə tutur. Bu çərçivədə birbaşa silah tədarükü, müştərək istehsal və müdafiə sənayesi üçün müxtəlif məhsul və xidmətlərin üçüncü ölkələrə ixracı kimi məsələlər yer alır. Bundan əlavə, texniki baxım, təmir və modernləşdirmə işləri, texnologiya transferi, hərbi təlim və sənəd mübadiləsi kimi sahələrdə əməkdaşlıq ediləcək.

Qırğızıstan hökuməti bəyan edir ki, saziş ölkənin müdafiə qabiliyyətini artıracaq və müdafiə sənayesini inkişaf etdirəcək. Layihələrin maliyyələşdirilməsi hər iki ölkənin milli qanunvericiliyinə uyğun olaraq birgə həyata keçiriləcək. Bu əməkdaşlıq Türkiyə ilə Qırğızıstanın hərbi sahədə daha dərin tərəfdaşlıq qurmaq məqsədinin mühüm göstəricisi hesab olunur.

Избранный
18
hafta.az

1Источники