RU

"Norm" beton zavodlarının inşasına başlayıb

Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində “Norm” ASC-yə məxsus 2 yeni beton zavodunun təməli qoyulub.

Zavodlar bu ilin aprel ayından istehsala başlayacaq.

Hər birinin istehsal gücü saatda 120 m3 beton təşkil edən bu zavodlar müasir texnika və avadanlıqla təchiz edilib, burada ən son texnologiyalarla əmtəə betonunun istehsalı nəzərdə tutulur. Şirkət üçüncü beton zavodunu Qarabağ bölgəsində inşa edəcək. Bu zavodun da istehsal gücü saatda 120 m3 beton təşkil edəcək.

Müəssisələrdə 80-ə yaxın işçi fəaliyyət göstərəcək. Beton zavodlarının işə düşməsi inşaat şirkətlərinə bir çox mühüm dövlət satınalmaları vasitəsilə həyata keçirilən, eləcə də özəl inşaat layihələrində beton tələbatının vaxtında və səmərəli qarşılanması üçün stabil təchizat imkanı təqdim edəcək.

"Norm"un beton zavodlarında betonun təkrar edilməsi üçün xüsusi avadanlıq quraşdırılacaq. Bu avadanlıq vasitəsilə istehsal prosesində, betondaşıyan maşınların yuyulması zamanı, eləcə də tikinti sahəsində artıq qalan betonu xüsusi mexanizmlə təkrar emal etmək və tərkibindəki komponentləri beton istehsalında yenidən istifadə etmək mümkün olacaq. Bu da öz növbəsində, resursların səmərəli istifadə olunmasına və ətraf mühitə təsirin minimuma endirilməsinə şərait yaradacaq.

Sənaye sahəsində ölkənin böyük istehsal müəssisəsi olaraq, bazara daxil olduğu vaxtdan “Norm”un kommersiya strategiyasının əsasında inşaat sektorunda yeni biznes subyektlərinin yaradılması, inkişaf etdirilməsi və inşaat sənayesi üçün təhlükəsiz materialların istehsalı dayanırdı. Yüksək standartlarla sement istehsalından sonra eyni yanaşma ilə əmtəə betonu istehsalında da fəaliyyətə başlamağı şirkətə inşaat işlərinin keyfiyyətinə nəzarət etmək imkanı yaradacaq.

“Norm” 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan "NEQSOL Holding"in tərkibinə daxildir.

Избранный
6
13
report.az

10Источники