2024-cü ildə Azərbaycanda satınalan təşkilatlardan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş 15 704 yekun protokol təhlil edilib.
FED.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunmuş 2 259 yekun protokol ləğv edilib.
"Satınalma proseslərinin düzgün, şəffaf və qanuni əsaslarla həyata keçirilməsi istiqamətində tədbirlər davam etdirilir", - məlumatda qeyd olunub.