RU

Tramp: “İranı dayandırmağın iki yolu var, ya bomba, ya da…”

ABŞ Prezidenti Donald Tramp hərbi münaqişəyə cəlb edilməkdənsə, İranla razılaşmağa üstünlük verəcəyini bildirib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Tramp özü bildirib.

“Hamı İsrailin bizim köməyimizlə və ya razılığımızla İranı bombalayacağını düşünür. Mən belə etməməyi üstün tuturam. Mən İranla  nüvə obyektlərini yoxlamaq, monitorinq etmək imkanı verəcək razılaşmaya üstünlük verərdim”, -deyə o, “Fox News”-a müsahibəsində deyib.

“İranın nüvə silahı əldə etməsinə icazə verilə bilməz və onları dayandırmağın iki yolu var: bomba və ya kağız parçası ilə. Mən onlara zərər verməyəcək bir müqavilə bağlamağı üstün tuturam. Düşünürəm ki, onlar da bunu istərdilər",- deyə Tramp əminliyini bildirib.

Tramp, həmçinin iddia edib ki, Tehran müdafiə qabiliyyətini demək olar ki, tamamilə itirdiyinə görə narahatdır və qorxub.

Избранный
4
2
cebheinfo.az

3Источники